AZ

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirdi

BAKI, 12 dekabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Səbail rayon Yanğından Mühafizə Hissəsində növbəti “açıq qapı günü” tədbiri keçirilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin azyaşlıları və tərbiyəçilərinin iştirak etdikləri tədbirin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

“Açıq qapı günü” tədbirində iştirakçılara yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib.

Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.

Maraqlı keçən tədbirdə uşaqları maraqlandıran suallar cavablandırılıb.

Seçilən
21
14
teleqraf.com

10Mənbələr