AZ

Putin: Rusiya ilə Türkmənistan arasında münasibətlər inkişaf edir

"Moskva və Aşqabad arasında münasibətlər fəal şəkildə inkişaf edir, bu, qismən iki ölkə rəhbərliyi arasındakı dostluq münasibətləri sayəsində baş verir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkmən xalqının ümummilli lideri və ölkənin Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovla görüşündə deyib.

Rusiya prezidenti həmsöhbətinə bildirib: "Həqiqətən də, sizin təşəbbüsünüz sayəsində ölkələrimiz arasında münasibətlər yaxşı tempdə və keyfiyyətlə inkişaf edir. Heç bir mübaliğəsiz, çox etibarlı və dost münasibətlərimiz var".

Berdimuhammedov Rusiya liderinə respublikanın neytrallığının elan edilməsinin 30 illiyi münasibətilə keçirilən şənliklərdə iştirak etmək üçün ölkəyə səfər etdiyinə görə təşəkkür edib. O vurğulayıb: "Sizin iştirakınız, əlbəttə ki, bizim üçün vacibdir".

Aynur Babazadə

Seçilən
28
1
bakivaxti.az

2Mənbələr