AZ

Putin Türkmənistana getdi

Rusiya Prezidenti Vladimir Putin iki günlük səfərlə Türkmənistanın paytaxtı Aşqabada gedib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Yayılan məlumata görə, Rusiya dövlət başçısının təyyarəsi Aşqabad hava limanının “Kiçik quş” kimi tanınan prezident terminalına enib. Trapda Rusiya liderini parlaq yaşıl gödəkçələr geyinmiş fəxri qarovul dəstəsi qarşılayıb. Onlar milli türkmən naxışlı açıq-bej rəngli xalça cığırı boyunca düzülüblər.

Rusiya lideri səfər çərçivəsində Pakistanın Baş naziri Şahbaz Şərif, İran və İraq prezidentləri Məsud Pəzeşkian və Əbdüllətif Rəşidlə görüşəcək.

Həmçinin tədbirdə Putinin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü də gözlənilir.

Seçilən
94
50
publika.az

10Mənbələr