AZ

Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda yerləşən CorcVaşinqton Universitetində Azərbaycan Respublikasının ABŞ-dakıSəfirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevinxatirəsinə həsr olunmuş anma mərasimi keçirilib.

Trend xəbər verir ki,tədbirdə Səfirliyin əməkdaşları, ABŞ-da səfərdə olan dövlətrəsmiləri, burada yaşayan azərbaycanlı icmasının üzvləri, eləcə dəmüxtəlif universitetlərdə təhsil alan azərbaycanlı tələbələriştirak ediblər.

Mərasim Ümummilli Lider Heydər Əliyevin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Azərbaycan Respublikasının ABŞ-da səfiri Xəzərİbrahim giriş nitqi ilə çıxış edərək diplomatik karyerasının ABŞ-dabaşladığını və ümumilli liderin iki ölkə arasında münasibətlərindərinləşməsi üçün gördüyü işlərə şahid olduğunu deyib. O bildiribki, Vaşinqtonda 8 avqust görüşündən sonra ikitərəfli əlaqələrdənövbəti mərhələ başlayıb, lakin bu əlaqələrin təməli məhz ulu öndərHeydər Əliyev tərəfindən qoyulub.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxışındaAzərbaycanın bu ölkədəki ilk səfiri kimi o dövrdə gedən çətinsiyasi proseslərdən və Heydər Əliyevin uzaqgörən siyasətinəticəsində ikitərəfli əlaqələrin inkişafı istiqamətində görülənişlərdən danışıb. O, Heydər Əliyevin 1994, 1997 və 1999-cu illərdəABŞ-a səfərləri, səfərlərə hazırlıq prosesindən və Heydər ƏliyevinABŞ siyasətçilərində yaratdığı xoş təəssüratdan bəhs edib. Obildirib ki, Ulu Öndər vətənini sevən güclü diplomat idi vəAzərbaycan diplomatiyasının bu günki uğuru da o dövrdənbaşlayır.

Ardınca Azərbaycan Respublikasının energetika naziri PərvizŞahbazov çıxış edərək müstəqil olduqdan sonra Azərbaycanın bütünsahələrdə və xüsusilə energetika, neft-qaz sahələrində gördüyüişlərin xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Onun sözlərinə görə,mürəkkəb geosiyasi və geoiqtisadi vəziyyətdə və çətin regionda neftqaz layihələrinin həyata keçirilməsi asan iş deyildi. Onunsözlərinə görə, Azərbaycanın inkişafında müstəsna rol oynayan neftmüqavilələri ABŞ-la əməkdaşlıq çərçivəsində həyata keçirilib. Nazirbildirib ki, Ulu Öndər ABŞ-la münasibətlərə önəm verirdi və bununsayəsində enerji sahəsində böyük beynəlxalq müqavilələr öz imzasınıtapırdı və gerçəkləşdirilirdi.

Daha sonra Azərbaycan Respublikasının Milli Məclisinin deputatı,Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupununrəhbəri Səməd Seyidov çıxışında deyib ki, Heydər Əliyevin siyasətinəticəsində ABŞ-la münasibətlərin genişlənməsi Azərbaycan üçünAvropaya qapıları da açıb. O bildirib ki, ABŞ-la əlaqələr,imzalanmış müqavilələr Ulu Öndərin ən böyük nailiyyətlərindən biriolub və bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurladavam etdirilir.

O əlavə edib ki, Azərbaycanın bu günki uğuru ölkə başçısınınsiyasəti və ulu öndərin fəlsəfəsi ilə bağlıdır.

Tədbirin sonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlananvə Ümummilli Lider Heydər Əliyevə həsr olunan “İz” sənədli filminümayiş etdirilib.

Sonda universitetin foyesində Ulu Öndərin ABŞ-a səfərləri vəikitərəfli görüşlərdə iştirakı ilə bağlı foto sərgi iştirakçılarındiqqətinə təqdim olunub.

Vaşinqtonda
Vaşinqtonda
Vaşinqtonda
Vaşinqtonda
Vaşinqtonda
Vaşinqtonda
Vaşinqtonda
Vaşinqtonda
Vaşinqtonda
Vaşinqtonda
Vaşinqtonda
Seçilən
73
2
az.trend.az

3Mənbələr