AZ

ABŞ Maduronun ailə üzvlərinə sanksiyalar tətbiq edir



Birləşmiş Ştatlar Velensuela prezidenti Nikolas Maduronun ailə üzvlərinə qarşı sanksiya tətbiq edir.

Newscenter.az Röyters-ə istinadən bildirir ki, ABŞ Maliyyə Nazirliyi bu barədə məlumat verib.

Bildirilib ki, ABŞ administrasiyası Venesuela Prezidenti Nikolas Maduronun həyat yoldaşı, Maduro ilə əlaqəli iş adamı Cilia Floresin üç qardaşı oğlunu və Venesuelanın neft sektorunda fəaliyyət göstərən altı gəmiçilik şirkətini sanksiya siyahısına əlavə edib.

Açılqmada qeyd olunur ki, sanksiyalar altında olan Maduronun üçüncü qardaşı oğlu Venesuelanın milli xəzinədarı və dövlət neft şirkəti PDVSA-nın vitse-prezidenti vəzifəsində çalışır və ilk dəfə 2017-ci ildə sanksiya siyahısına salınıb. Lakin 2022-ci ildə siyahıdan çıxarılıb.

Maduronun həyat yoldaşı Cilia Floresin iki qardaşı oğlu isə 2015-ci ildə Haitidə yüzlərlə kiloqram kokainin ABŞ-a daşınması ilə bağlı saxlanılıb və 2016-cı ildə narkotik qaçaqmalçılığında ittiham olunsalar da, 2022-ci ildə ABŞ-ın keçmiş prezidenti Co Bayden tərəfindən əfv ediliblər.

Cavid
Seçilən
23
newscenter.az

1Mənbələr