AZ

Altı ölkənin nümayəndələri Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər




Gələn həftə İranda Rusiya, Çin və Pakistan da daxil olmaqla altı ölkənin nümayəndələri ilə Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün görüş keçiriləcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baghaei bildirib.

O, qeyd edib ki, İran İslam Respublikası qonşu ölkələrdə təhlükəsizlik və sabitliyə böyük əhəmiyyət verir və bu baxımdan region ölkələri arasında gərginliyin azaldılması, onlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün hər cür səy göstərəcək.

Baqainin sözlərinə görə, görüş Tehranda Pakistan, Tacikistan, Özbəkistan, Türkmənistan, Çin və Rusiyanın Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Cavid
Seçilən
16
1
newscenter.az

2Mənbələr