AZ

Haqsız məğlubiyyət, hər zaman güclü olan qalib gəlmir İnter in prezidenti

Sportal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“İnter”in prezidenti Beppe Marotta Çempionlar Liqasındakı “Liverpul”a 0:1 hesablı məğlubiyyəti haqsız adlandırıb.

Sportal.az xəbər verir ki, Marotta "Sky Sport"a müsahibəsində bunları qeyd edib:

“Dərin məyusluq qaldı, çünki məğlubiyyət haqsız idi. Digər tərəfdən, bu, bizə daha çox enerji verəcək. Qarşımızda “Cenoa” ilə oyun var, ona ən yaxşı şəkildə hazırlaşacağıq, həmçinin “Arsenal” və Dortmund "Borussiya”sı ilə oyunlar olacaq ki, onlar bizim üçün önəmlidir. İndi daha böyük qərarlılıqla oynayacağıq.

Çempionlar Liqasındakı məqsədimiz ilk səkkizlikdə bitirmək və play-off oyunlarından qaçmaqdır. Keçdiyimiz yol gələcək üçün ümidvericidir. Komandamız təcrübəlidir, çempionlarımız, fantastik məşqçimiz və əla azarkeşlərimiz var.

Futbol proqnozlaşdırıla bilməz, hər zaman güclü olan qalib gəlmir. Bu oyun rəqibin üstün olduğu oyunlardan deyildi, daha çox biz bərabər idik. Daha ağıllı və uğurlu olmalıyıq. Əsas olan komandamızın və məşqçimizin göstərdiyi performansdır."

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
83
1
sportal.az

2Mənbələr