GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Ukraynalı uşaqların guya Rusiya tərəfindən oğurlanması ilə bağlı yayılan məlumatlar saxtadır və bu iddialar beynəlxalq arenada anti-Rusiya təbliğatının bir hissəsinə çevrilib”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Bu məsələ həm pul qazanmaq, həm də manipulyasiya üçün istifadə olunur. BMT Baş Assambleyasının dekabrın 3-də qəbul etdiyi ‘Ukraynalı uşaqların geri qaytarılması’ adlı qətnamə yalan və böhtan əsasında hazırlanıb. Sənəd hüquqi baxımdan qanuni deyil və reallığı əks etdirmir,” – o bildirib.
Zaxarovanın sözlərinə görə, qətnaməyə səs verənlər faktiki olaraq Kiyev rejiminin uşaqlara qarşı törətdiyi cinayətləri ört-basdır edir:
“Biz sağlam düşüncəli dövlətləri bu yalanlara aldanmamağa çağırırıq. Buça ssenarisi əsasında hazırlanmış bu saxta iddiaların heç bir əsası yoxdur. Rusiya bu məsələdə tam şəffafdır və dialoqa açıq olduğunu dəfələrlə bildirib”, – Zaxarova vurğulayıb
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.