AZ

WUF13 öncəsi Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində tədbirlər davam edir (FOTO)

Bakı. Trend:

Bu gün Bakıda Beynəlxalq Dağlar Günü münasibətilə "Alpdağlarından Qafqaz dağlarına, dağlıq bölgələrin gələcəyi: regionalşəhər və qəsəbələr dayanıqlı inkişafın aparıcı qüvvəsi kimi”mövzusunda seminar keçirilib.

Trend xəbər verir ki, tədbirDövlət Şəhərsalma və Arxitektura Komitəsi və Birləşmiş MillətlərTəşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) birgətərəfdaşlığı ilə İsveçrə Konfederasiyasının AzərbaycandakıSəfirliyinin təşkilatçılığı ilə baş tutub.

Seminar 2026-cı ilin may ayında Bakıda keçiriləcək ÜmumdünyaŞəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öncəsi "AzərbaycanŞəhərsalma Kampaniyası" (AUC2026) çərçivəsində təşkil olunub.Məqsəd dağlıq regionların dayanıqlı inkişafın sosial-iqtisadisütunları olduğunu vurğulamaq, bu istiqamətdə ortaq çağırışlarıbeynəlxalq ekspertlər ilə müzakirə etmək, şəhərsalma, turizm vəmədəni irs əsaslı regenerasiya imkanlarını nəzərdənkeçirməkdir.

Yerli və xarici ekspertlərin, mütəxəssislərin, diplomatiknümayəndəliklərin və beynəlxalq təşkilatların sahəvi əməkdaşlarınınqatıldıqları tədbirdə müzakirələr regional əlaqələringücləndirilməsi, innovasiya, iqlimə adaptasiya, turizmin inkişafı,kənd təsərrüfatı və yaşayış mühitinin dayanıqlılığı mövzularınıəhatə edib.

Seminardan sonra bugünkü müzakirələrin nəticəsi olaraq WUF13üçün ekspert qrupu tərəfindən yol xəritəsi hazırlanıb. Mövzunudavam etdirmək məqsədilə iştirakçılar gələn ilin mart ayında ikinciseminarın keçirilməsi barədə razılığa gəliblər.

Komitə tərəfindən “Azərbaycan Şəhərsalma Kampaniyası”çərçivəsində müxtəlif mövzularda tədbirlərin keçirilməsi davametdiriləcəkdir.

WUF13
WUF13
WUF13
WUF13
WUF13
WUF13
WUF13
WUF13
WUF13
WUF13
WUF13
WUF13
WUF13
WUF13
Seçilən
11
5
az.trend.az

6Mənbələr