AZ

Paşinyan Azərbaycan Prezidentinə təşəkkür etdi

"Ermənistan Aİİ-nin xarici iqtisadi əlaqələrinin coğrafiyasının genişləndirilməsinə xüsusi önəm verir, buna təşkilatın qlobal iqtisadiyyatda rolunun daha da gücləndirilməsi üçün mühüm amil kimi baxır".

Publika.az xəbər verir kii, bunu dekabrın 11-də Avrasiya Hökumətlərarası Şurasının iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Yeni azad ticarət sazişlərinin imzalanması təkcə dialoqu aktivləşdirmir, həm də rəqabət qabiliyyətinin artırılmasına töhfə verir, ölkələrimizdə iqtisadi artım üçün yeni imkanlar açır”, - o bildirib.

O qeyd edib ki, iqtisadi əməkdaşlığın digər mühüm elementi nəqliyyat və logistika sektorudur. Nəqliyyat infrastrukturunun şaxələndirilməsi ticarət dövriyyəsinin artmasına əlavə təkan verə bilər:

"Bu kontekstdə qeyd etmək istərdim ki, regionda baş verən müsbət dəyişikliklər iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açır".

Seçilən
34
publika.az

1Mənbələr