AZ

ABŞ, Ukrayna və aparıcı Avropa ölkələri Parisdə Trampın sülh planını müzakirə edəcək

Paris görüşü 13 dekabrda yüksək səviyyəli nümayəndələrin iştirakı ilə keçiriləcək...

ABŞ, Ukrayna, Fransa, Almaniya və Böyük Britaniyanın yüksək vəzifəli rəsmiləri 13 dekabr tarixində Parisdə bir araya gələrək ABŞ prezidenti Donald Trampın irəli sürdüyü sülh planını müzakirə edəcəklər.

Poliqon xəbər verir ki, bu barədə məlumatı həm Ağ Evin rəsmi nümayəndəsi, həm də Ukrayna hökumətindən olan yüksək səviyyəli bir rəsmisi Axios-a təsdiqləyib.

Məlumata görə, danışıqların məqsədi Vaşinqtonun təşəbbüsünün konturlarını tərəfdaşlarla uzlaşdırmaq, habelə KiyevAvropa paytaxtlarının mövqelərini səsləndirmək olacaq. Paris görüşünün ABŞ administrasiyasının son həftələrdə intensivləşdirdiyi diplomatik səylərin növbəti mərhələsi olduğu bildirilir.

Diplomatik mənbələr qeyd edirlər ki, Trampın sülh planı ətrafında həm Avropada, həm də Ukraynada bir sıra suallar və narahatlıqlar mövcuddur. Xüsusilə hərbi təhlükəsizlik zəmanətləri, mümkün ərazi razılaşmaları və atəşkəsin mexanizmləri kimi məsələlər görüşün əsas müzakirə mövzuları arasında yer alacaq. Avropa ölkələrinin nümayəndələri planın tətbiqi və uzunmüddətli regional sabitliyə təsiri ilə bağlı daha aydın çərçivə tələb edir.

Görüşdən konkret nəticələrin gözlənilmədiyi, lakin prosesin gələcək danışıqlar üçün yol xəritəsinin formalaşdırılmasında mühüm mərhələ olacağı vurğulanır.

Poliqon.info

Seçilən
109
poliqon.info

1Mənbələr