AZ

Britaniyada bir muzeydən 600 dən çox qiymətli eksponat oğurlandı

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

Bristoldakı Britaniya İmperiyası Muzeyinin kolleksiyasından 600-dən çox eksponat oğurlanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məluat yayıb.  

Eksponatlar sentyabrın 25-də səhər saat 1-dən gecə saat 2-yə kimi muzeyin anbarından oğurlanıb.

Eyvon və Somerset polisinin detektivləri hadisə ilə bağlı araşdırmaya başlayıb.

“Əhəmiyyətli mədəni dəyərə malik çoxsaylı eksponatların oğurlanması şəhər üçün ciddi itkidir. Bu eksponatlar Britaniya tarixinin çoxtəbəqəli hissəsinə dair məlumat verən kolleksiyanın bir hissəsini təşkil edir və ümid edirik ki, ictimaiyyət nümayəndələri günahkarların məsuliyyətə cəlb edilməsində bizə kömək edəcəklər”, - polis bildirib.

Oğurluqda şübhəli bilinən 4 nəfər axtarışa verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
yeniavaz.com

2Mənbələr