AZ

Bakıda “Ayaks” azarkeşlərini təəccübləndirən xidmət...

UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Ayaks” (2:4) oyunu zamanı stadionun təhlükəsizlik əməkdaşlarının – stüardların xidməti niderlandlı azarkeşlərin diqqətini cəlb edib.

Publika.az Teleqraf-a istyinadla xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin məşhur “ajaxlife.nl” portalı yazı dərc edib.

Qonaq komandanın azarkeşləri matç boyunca meydanın kənarında yağış altında xidmət aparan stüardların həm sayı, həm də intizamını xüsusilə vurğulayıblar. Onların sözlərinə görə, stüardlar meydançanın ətrafında sıralanaraq, tribunaya nəzarəti təmin ediblər.

Stüardlar arxaları meydançaya çevrilmiş vəziyyətdə dayanaraq yalnız tribunaları izləyib, şəxsi söhbətlərə və hərəkətə yol verməyiblər. Meydandakı gərgin oyuna və güclü yağışa baxmayaraq, təhlükəsizlik əməkdaşlarının intizamı qonaqların təəccübünə səbəb olub.

Seçilən
47
2
publika.az

4Mənbələr