AZ

Fransalı tennisçi 20 il müddətinə diskvalifikasiya olunub

Bakı. Trend:

Fransalı tennisçi Kenten Folyo razılaşdırılmış oyunlar təşkiletdiyinə görə 20 illik diskvalifikasiya olunub.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Beynəlxalq Tennisdə DürüstlüyünTəminatı Agentliyinin (ITIA) mətbuat xidməti məlumat yayıb.

İdmançı həmçinin, 70 min dollar məbləğində cərimələnib və ümumiməbləği 44 min dollar olan korrupsiya bulaşmış vəsaitləri geriqaytarmağa məcbur edilib. Fransız tennisçinin fəaliyyətindəümumilikdə 27 pozuntu qeydə alınıb.

Folyo 2022–2024-cü illər ərzində baş tutan 11 oyunla bağlı irəlisürülən 30 ittihamı rədd edib. Həmin oyunların səkkizində o özüiştirak edib. İttihamlar oyun nəticələrinin manipulyasiyası, mərcməqsədi ilə qəsdən zəif oyun göstərmək üçün pul almaq, digərtennisçilərə razılaşdırılmış oyunlar üçün pul təklif etmək,insayder məlumatları ötürmək, korrupsiya məqsədilə sövdələşmə,ITIA-nın araşdırması ilə əməkdaşlıqdan imtina və sübutların məhvedilməsi kimi halları əhatə edib.

Məqalədə:
Seçilən
36
2
az.trend.az

3Mənbələr