Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ötən gün Çempionlar Liqasının liqa mərhələsində “Qarabağ” “Ayaks”a biabırçı şəkildə məğlub oldu – 2:4. Biabırçı hesabla yox a, biabırçı şəkildə. Təxminən 60-cı dəqiqəyə qədər hər şey normal getsə də, son 10-15 dəqiqə fiasko oldu. “Qarabağ” 4 dəqiqə ərzində 2 qol buraxdı, 90-cı dəqiqədə də qapısında bir qol görərək “Ayaks”a uduzdu.Gedək problemlərin qaynaqlandığı nöqtəyə. “Qarabağ” niyə uduzdu, kimə görə uduzdu? Bu ad Qurban Qurbanovdu. Bəli, Qurban bəy seçdiyi taktika, etdiyi dəyişikliklər ilə “Qarabağ”ı “Ayaks”a, hətta “24-lüy”ə “qurban verdi”.İlk saniyələrdən rəqibə təzyiq edən “Qarabağ” dəqiqə tamamlanmamış təhlükəli vəziyyət də yaratdı. 10-cu dəqiqədə qol da vurdu. Nə gözəl! Amma sonra? Yavaş-yavaş futbolçular taqətdən düşürdü. Hava şəraiti də adi günlərlə müqayisədə daha tez yorulmalarına şərait yaradırdı. 60-70-ci dəqiqələrdə artıq bir neçə futbolçunun ayağı top tutmurdu.Oyunda ilk əvəzetmə 59-cu dəqiqədə reallaşdı. Oyunun ən yaxşılarından Leandro Andrade meydanı tərk etdi. Onun əvəzinə meydana Nəriman Axundzadə çıxdı. Artıq təzyiqlərə tab gətirməyən, 21 yaşındaca mental baxımdan futbolu beynində bitirən Axundzadə. Komanda hesabda 2:1 öndə olarkən bu əvəzetmə nəyə lazım idi? Prolem bununla da bitmir. Qurban Qurbanov, hesabda öndəsiz, anladıq, 3-cü qolu vurub rahatlaşmaq istəyirsiz, axı qol buraxmaq ehtimalı da var. Necə ki oldu. Bir qədər səbr etmək olmazdı?“Qarabağ” hazırda turnir cədvəlində məğlub olduğu “Atletik”dən də, “Napoli”dən də, “Ayaks”dan da irəlidədi. Bu da onu göstərir ki, heç biri məğlubedilməz deyildi. Ya addan çəkindik, ya da...Qurban Qurbanov 7 xalla ümidlərimizi nə qədər göyə qaldırmışdısa, bu dəfə də o yüksəklikdən yerə çırpdı. Açığı, “Ayntraxt”ı udmaq da inandırıcı deyil. Bakıda yox e, Ağdamda da oynasalar, çətin məsələdi. Mümkündü, amma çox çətindi. “Liverpul” da formada olmasa belə, adı, azarkeşləri artıq futbolçuların əl-ayağını bağlamağa kifayət edir. Kəsəsi, bizim üçün hər şey bitdi!MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.