AZ

Azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması üzrə tədbirlər genişləndirilir – Kamal Hacıyev

Bakı. Trend:

Azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması üzrətədbirlər uğurla davam etdirilməkdədir.

Trend xəbərverir ki, bunu Energetika Nazirliyi yanında Bərpaolunan EnerjiMənbələri Dövlət Agentliyinin (BOEMDA) Mətbuat Xidmətinin rəhbəriKamal Hacıyev bu gün Qarabağ Universitetində keçirilən “YaşılEnerji Zonaları: konseptual yanaşmalar, ilkin nəticələr vəçağırışlar” adlı tədbir çərçivəsində jurnalistlərə açıqlamasındadeyib.

O xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev tərəfindən işğaldan azad edilmiş ərazilər “yaşıl enerji"zonası elan edilib: “Azərbaycan Respublikasının işğaldan azadedilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlıtədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may2021-ci il tarixli Sərəncamı ilə beynəlxalq məsləhətçi şirkətincəlb edilib. Sərəncamın icrası istiqamətində Yaponiyanın TEPSCOşirkətinin dəstəyi ilə Konsepsiya sənədi hazırlanmışdır”.

K. Hacıyev vurğulayıb ki, konsepsiyanın məqsədi işğaldan azadedilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerjipotensialından istifadə etməklə ərazinin ekoloji cəhətdən təmizyaşıl enerji ilə təmin etmək və həmin ərazilərdə "Yaşıl EnerjiZonası"nın yaradılmasıdır.Konsepsiyadan irəli gələn məsələlərinhəlli məqsədi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmişərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasınınyaradılması üzrə Tədbirlər Planı” Nazirlər Kabinetinin 357s nömrəli21 iyun 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunub: “TədbirlərPlanı üzrə ümumilikdə enerji təchizatı infrastrukturunun qurulması,bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisininistehsalı, enerji səmərəliliyinin təmin edilməsi, dövlət-özəltərəfdaşlığı və milli kontent, yaşıl texnologiyaların tətbiqi vətarif tənzimlənməsi kimi məsələlərin həlli istiqamətində tədbirləryer almış və 2022-2026-cı illərdə icrası planlaşdırılıb. SözügedənTədbirlər Planında əks olunan tapşırıqlar Azərbaycan Prezidentinin16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş BöyükQayıdışa dair I Dövlət Proqramı"nda tam öz əksini tapıb”.

K. Hacıyev bildirib ki, Xankəndidə bu istiqamətdəmaarifləndirilmə tədbirinin keçirilməsində əsas məqsəd Qarabağbölgəsinin yaşıl enerji zonası kimi tanınması, bölgənin bərpaolunan enerji potensialı, sözügedən sahə üzrə burada həyatakeçirilən layihələr haqqında və gələcək perspektivlər barədəictimaiyyəti məlumatlandırmaqdır: “Davamlı inkişaf hədəflərinə nailolmaq üçün dövlət qurumlarının, özəl sektorun və yerli icmalarınbirgə səylərinin vacibliyi bir daha vurğulanır və qarşıdakımərhələdə bu istiqamətdə daha geniş əməkdaşlıq imkanlarınınyaranacağı gözlənilir.

Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azadedilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrikenerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektriknəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında günəşpanellərinin qurulması, həmçinin küçələrin və yollarınişıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə,istilik, soyutma və isti su təchizatında bərpa olunan enerjitexnologiyalarından istifadə, ağıllı enerji idarəetmətexnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarəedilməsi kimi tədbirlər nəzərdə tutulub”.

Seçilən
57
az.trend.az

1Mənbələr