Azərbaycan Basketbol Liqasında 9-cu tur start götürüb.
Fanat.Az-ın məlumatına görə, ilk oyun günündə "Lənkəran" "Quba" ilə qarşılaşıb.
B qrupunun matçında qubalılar 95:87 hesablı qələbə qazanıblar. Oyunun ən məhsuldar basketbolçusu qonaqların heyətində 25 xal toplayan Alonso Reyc olub.
ABL, 9-cu tur
"Lənkəran" - "Quba" 87:95 (19:28, 28:22, 19:19, 21:26)
Qeyd edək ki, 9-cu tura dekabrın 14-də yekun vurulacaq.
Kamil Xudiyev