Özbəkistanda xarici ölkələrin birgə sərmayəsi əsasında yaradılan birgə müəssisələrin sayına görə Türkiyə ilk üçlükdə yer alır.
Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, 1 dekabr 2025-ci il tarixinə respublikada xarici investisiyalı 17.900 müəssisə fəaliyyət göstərir.
Bunlardan 4.228-i birgə müəssisə, 13.672-si isə xarici şirkətdir. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 15,9% və ya 2.450 artıb.
Birgə müəssisələrin əsas payı Rusiyadandır. 1 dekabr tarixinə onların sayı 909 olub. Növbəti yerdə 725 ilə Çin, 487 ilə isə Türkiyə gəlir.
Süleyman