AZ

Kənan İmirzalıoğlu Ərdoğanın partiyasından deputat olacaq

Kanal D-də yayımlanan “Yaprak Dökümü” serialındakı rolu ilə tanınan və hazırda ABŞ-da yaşayan aktyor Tolqa Karel sosial şəbəkədəki paylaşımında aktyor Kənan İmirzalıoğlunun 2028-ci il seçkilərində prezident Rəcəb Tayyib Ərdoğanın lideri olduğu AKP-dən deputatlığa namizəd olacağını açıqlayıb.Metbuat.az xəbər verir ki, Karel Kənanı 1997-ci ildən tanıdığını deyib: “Kənan İmirzalıoğlu deyəndə gözünüzün qabağına tanınmış aktyor gəlir. Əlbəttə, o, usta aktyordur, rolları hamı tərəfindən bəyənilir. Amma mən Kənanı siyasətin mərkəzində təsəvvür edirəm. Hələ orta məktəb illərindən tanıdığım Kənan İmirzalıoğlu xalqı parlamentdə təmsil etməyə layiqdir. Düşünürəm ki, hələ bir qədər gecikib”.Kənan İmirzalıoğlu həmkarının iddialarına münasibət bildirməyib.

Qeyd edək ki, İmirzalıoğlu hazırda ATV-də yayımlanacaq “Aile Bir İmtihandır” serialının çəkilişlərində iştirak edir. Serialda canlandırdığı Doğan obrazına görə aktyorun hər bölüm üçün 4,5 milyon türk lirəsi (təxminən 191 min manat) qazandığı bildirilir.

Seçilən
34
1
metbuat.az

2Mənbələr