AZ

ABŞ şirkəti ilə data mərkəzləri üzrə birgə investisiya platforması yaradılacaq

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi və Kapital formalaşdırılması üzrə qlobal rəhbəri Erik Varvel ilə görüş keçirib.

Bu barədə "APA-Economics"ə Nazirlikdən bildirilib.

Görüşdə Orta Dəhlizin inkişafı, rəqəmsal transformasiya və enerji layihələrinin yaratdığı regional imkanlar müzakirə edilib.

Həmçinin nəqliyyat, logistika, rəqəmsal infrastruktur və data mərkəzləri üzrə birgə investisiya platformasının yaradılması barədə fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
2
apa.az

10Mənbələr