AZ

Eto o Neftçi nin hücumçusunun millidə oynamasını istəmir rekordunu qıra bilər

Sportal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Neftçi"nin hücumçusu Vensan Abubakarın Afrika Millətlər Kuboku üçün Kamerun yığmasına çağırılmamasının səbəbi məlum olub.

Sportal.az xəbər verir ki, yerli federasiyanın prezidenti Samuel Eto'o 33 yaşlı forvardın millidə oynamasını istəmir. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

Eto'o 56 qolla yığma tarixinin bombardiridir. Abubakar isə 45 qolla onu izləyir. Federasiya prezidenti "Neftçi"də çıxış edən futbolçunun onu keçə bilmək ehtimalının olduğunu düşünür. Buna görə də təcrübəli hücumçu heyətə daxil edilməyib.

Qeyd edək ki, Vensan Abubakar bu ilin oktyabr ayından "Neftçi"də çıxış edir.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
1
sportal.az

2Mənbələr