AZ

Elvin Məmmədov “Qəbələ”nin U 17 komandasına baş məşqçi təyin olunub

ain.az bildirir, Idman.biz portalına istinadən.

Azərbaycanın birinci Liqa təmsilçisi “Səbail”dən ayrılan Elvin Məmmədov “Qəbələ”nin U-17 komandasına baş məşqçi təyin olunub.

O, komanda ilə məşqlərə başladığını da söyləyib.

“Məşqçi kurslarına qatılmışam. Artıq iki aydır ki, A kateqoriyasını oxuyuram. Hazırda “Qəbələ”nin U-17 komandasını çalışdırıram”, - deyə o, “Report”a açıqlamasında deyib.

Qeyd edək ki, E.Məmmədov bir müddət öncə “Səbail”in baş məşqçi postundan istefa verib.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
icma.az

2Mənbələr