AZ

Lavrov: Tramp səmimi şəkildə Ukraynadakı münaqişənin həllinə çalışır

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

"ABŞ prezidenti Donald Tramp səmimi şəkildə Ukrayna münaqişəsini siyasi və diplomatik üsullarla həll etməyə çalışır və Rusiya bunu alqışlayır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna münaqişəsinin nizamlanmasına dair səfirlərin dəyirmi masası zamanı deyib.

"Trampın xarici siyasət xarakteri daşıyan ən diqqətçəkən və əsas kampaniya şüarlarından biri Ukrayna münaqişəsinin tezliklə dayandırılması idi. Biz hazırkı Amerika liderini hörmətlə qarşılamalıyıq. Ağ Evə qayıtdıqdan sonra o, həqiqətən də bu məsələ ilə məşğul oldu və bizim qiymətləndirməmizə görə, siyasi və diplomatik üsullarla münaqişənin aradan qaldırılmasına səmimi şəkildə töhfə verməyə çalışır", - Lavrov qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
2
bakivaxti.az

3Mənbələr