AZ

Lavrov: “Türkiyənin S-400-lərlə bağlı Rusiya qarşısında öhdəliyi var”

Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının Türkiyədən S-400 zenit-raket komplekslərini alıb Ukraynaya göndərmək niyyəti ilə bağlı yayılan xəbərləri şərh edərək bildirib ki, Ankara bu sistemlərlə bağlı Moskva qarşısında müəyyən öhdəliklər götürüb.

Paralel.az xəbər verir ki , o, bu barədə Rusiya–ukrayna münaqişəsinin həllinə dair səfirliklərin “dəyirmi masası”nda danışıb.

O, qeyd edib ki, Rusiya bir neçə il əvvəl Türkiyəyə müasir və ən effektiv hava hücumundan müdafiə sistemlərindən biri olan S-400 komplekslərini satıb.

Nazirin sözlərinə görə, Qərb, xüsusilə də ABŞ, Türkiyənin bu sistemlərə sahib olmasından narazıdır və Vaşinqton Ankaranın F-35 qırıcılarını almaq istəyini S-400-lərdən imtina şərti ilə bağlayıb.

Lavrov bildirib ki, indi Aİ-nin guya Türkiyədən bu sistemləri almaq və Ukraynaya göndərmək planı irəli sürülüb:

“Bu barədə danışanlar heç düşünmürlər ki, Türkiyə bir alıcı olaraq bu cür addımları Rusiya ilə razılaşdırmadan ata bilməz”, — deyə o vurğulayıb.

Seçilən
35
2
paralel.az

3Mənbələr