AZ

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 150 baza bəndi azaldaraq 38 faizə endirib. 

Marja xəbər verir ki, iqtisadçıların gözləntisi də, uçot dərəcəsinin 150 baza bəndi azaldılaraq 38 faizə endirilməsi istiqamətində idi.

Qurum həmçinin Mərkəzi Bankanın gecəlik borcvermə faizini 42,5 faizdən 41 faizə, gecəlik borclanma faizini isə 38 faizdən 36,5 faizə endirib.

TCMB-nin qərar mətnində qeyd olunub ki, noyabr ayında istehlak inflyasiyası qida qiymətlərilə əlaqədar olaraq gözləniləndən aşağı gerçəkləşib və inflyasiyanın əsas tendensiyası sentyabr ayındakı artımdan sonra oktyabr və noyabr aylarında müəyyən qədər zəifləyib.

Mərkəzi Bank bildirib ki, üçüncü rübdə dövri artım gözləniləndən yüksək olub və son rübə dair əsas göstəricilər tələb şərtlərinin dezinflasiya prosesinə verdiyi dəstəyin davam etdiyini göstərir.

Seçilən
20
marja.az

1Mənbələr