AZ

Astarada itkin düşmüş hesab edilən balıqçıların axtarışına helikopter cəlb olunub - YENİLƏNİB

Astarada
Dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal olunan 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlu və 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun, həmçinin sentyabrın 27-də dənizdə batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Sultanov Tural Hüseynağa oğlunun axtarışları davam etdirilir. 1news.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Axtarışlar FHN-in Aviasiya dəstəsin helikopteri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirilir. Əlavə məlumat veriləcək. 13:07 Astarada itkin düşmüş hesab edilən balıqçıların axtarışına helikopter cəlb olunub. 1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, dekabrın 9-u səhər saat 8-də balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar Turan Həsənov və Ağadədə Həsənovun axtarışlarına helikopter cəlb olunub.
Artıq FHN-ə məxsus helikopter ərazidə axtarışlara başlayıb.

Seçilən
35
22
1news.az

10Mənbələr