AZ

Konqresmen Trampa qarşı impiçment qətnaməsi təqdim etdi

Ajans.az xəbər verir ki,Qrinin veb-saytında dərc olunan açıqlamada bildirilir ki, qanunverici Trampı səlahiyyətlərindən sui-istifadədə, “zorakılığı təşviq etməkdə, nifrət yaratmaqda, demokratiyanı sarsıtmaqda və respublikanı məhv etməkdə” ittiham edir. Qrin xüsusilə Trampın daha əvvəl demokrat senator və konqresmenləri hədəf alaraq ABŞ hərbi qulluqçularını əmrlərə tabe olmamağa çağıran şəxslərin iğtişaşa təhrikdə günahlandırıla biləcəyini və bunun ölüm cəzası ilə nəticələnə biləcəyini xatırlatmasını nümunə kimi göstərib. Konqresmenin sözlərinə görə, Tramp həmçinin federal hakimləri təhdid edir, məhkəmə sisteminin müstəqilliyini sarsıdır və onun ritorikası “siyasi zorakılıq və hücum təhlükələrinin” artmasına səbəb olur. Qrin daha əvvəl dəfələrlə Trampın impiçmenti ilə bağlı səsvermə təşəbbüsü qaldırsa da, bu cəhdlər nəticəsiz qalmışdı. O, prezidentin həm daxili, həm də xarici siyasətdəki addımlarını müntəzəm tənqid edib. Son dəfə Nümayəndələr Palatası 24 iyunda ABŞ-ın İrana hava zərbələri ilə bağlı Trampın impiçmenti təşəbbüsünü dayandırmışdı. Apreldə Miçiqandan demokrat konqresmen Şri Tanedar da prezidentə qarşı yeddi ittiham irəli sürərək impiçment qətnaməsi təqdim etmiş, lakin onu səsverməyə çıxarmamışdı. Hazırda Respublikaçılar Partiyası həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğa sahib olduğundan, Trampın impiçmenti istiqamətində hər hansı təşəbbüsün uğur qazanması praktiki olaraq mümkün görünmür.

 

Seçilən
32
Ajans.az

1Mənbələr