AZ

Slovakiya XİN: Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlığımız əhəmiyyətli dərəcədə güclənib

“NATO-nun Əlaqələndirici Səfirliyinin əsas vəzifəsi ev sahibi ölkə ilə sıx əməkdaşlıq şəraitində NATO-nun tərəfdaşlıq fəaliyyətlərini və ictimaiyyətlə əlaqə təşəbbüslərini dəstəkləməkdir”.

Bunu eksklüziv müsahibəsində Slovakiya Respublikasının xarici və Avropa işləri üzrə naziri Yuray Blanar deyib.

“Məsələn, biz NATO qərargahından və Cənubi Qafqaz üzrə regional mandatı olan Gürcüstandakı NATO Nümayəndəliyindən bir neçə səfərin təşkilini asanlaşdırmışıq. Həmçinin, İsveçlə birlikdə Əlaqələndirici Səfirliklər olaraq universitet tələbələri və vətəndaş cəmiyyəti nümayəndələri üçün müxtəlif ictimai diplomatiya tədbirləri təşkil etmişik. Bu tədbirlərdə biz NATO–Azərbaycan əməkdaşlığı, eləcə də NATO-nun Mobil Təlim Qrupları tərəfindən Azərbaycanda həyata keçirilən fəaliyyətlər barədə məlumat paylaşmışıq”, - XİN rəhbəri vurğulayıb.

O qeyd edib ki, Azərbaycan NATO üzvlüyünə can atmasa da, Alyans üçün mühüm tərəfdaşdır: “Azərbaycan ISAF kimi əməliyyat missiyalarına praktiki töhfə verir və bu da NATO-nun regiondakı missiyasına düşən yükü azaldır.

Azərbaycan NATO standartlarına yaxınlaşmağa artan maraq göstərir və təhsil, potensialın artırılması, enerji təhlükəsizliyi, hibrid müharibəyə qarşı mübarizə, eləcə də elm sahəsində əməkdaşlıq daxil olmaqla geniş proqramlarla maraqlanır”.

Seçilən
0
2
aznews.az

3Mənbələr