AZ

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsindəistehlakçılara 58,571 milyard manatlıq, o cümlədən 31,937 milyardmanatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26,634milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Trend DövlətStatistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilinyanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsireal ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər vətütün məmulatları üzrə 1,2 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faizartıb.

2025-ci ilin yanvar-noyabr aylarında alıcıların pərakəndəticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,4faizi ərzaq məhsullarının, 4,1 faizi içkilər və tütünməmulatlarının, 14,9 faizi toxuculuq məhsulları, geyim vəayaqqabıların, 6,0 faizi avtomobil benzini və dizel yanacağının,4,8 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıqməhsulları və tibbi ləvazimatların, 1,4 faizi kompüterlər,telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,0 faiziisə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərəntəsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlkiilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,7 faiz artaraq ümumipərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil edib.

2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 2025-ci ilinyanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədəmüəssisələr üzrə 7,0 faiz, fərdi sahibkarlar üzrə 1,2 faiz, bazarvə yarmarkalarda isə 4,8 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin birnəfəri orta hesabla ayda 519,9 manatlıq, o cümlədən 283,5 manatlıqərzaq məhsulları, içkilər və tütün məmulatları, 236,4 manatlıqqeyri-ərzaq malları alıb.

Məqalədə:
Seçilən
15
16
az.trend.az

10Mənbələr