14 saylı məktəbdən hospitalizasiya olunan 8 nəfərin hər biri zəruri tibbi yardım aldıqdan sonra müalicə üçün evə buraxılıb.
Newscenter.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, dekabrın 11-i saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu 14 saylı orta məktəbdən təcili çağırış qeydə alınıb.
Təcili tibbi yardım briqadası tərəfindən Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına 5, Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına isə 3 nəfər hospitalizasiya olunub.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Pasiyentlərdən 1-nə yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası, digər 7 pasiyentə isə kəskin qastrit diaqnozu təyin edilib.