AZ

Aytən Səfərovanın “Turan Bank” kartındakı puldan “Caspian International”ın vəzifəli şəxsləri necə xəbər tutub?

“Caspian International” Hospitalda bir qrup vəzifəli şəxsin keçmiş işçiləri olan tanınmış həkim Aytən Səfərovanın kartından pul oğurlaması barədə xəbər vermişdik.

Publika.az Teleqraf-a istinadən vəzifəli şəxslərin oğurluq əməli ilə bağlı açılan cinayət işinin yeni təfərrüatlarını əldə edib.

Bildirək ki, kartından pul oğurlanan şəxs tanınmış mama-ginekoloq Aytən Səfərova ötən ilin dekabrında “Caspian International” Hospitaldan işdən ayrılıb. Onun bank kartına 11 min manat məbləğ köçürülüb.

Əmək müqaviləsinə xitam verildikdən bir müddət sonra Aytən Səfərova kartındakı vəsaiti nağdlaşdırmaq istəyib. Lakin məlum olub ki, onun kart hesabı bloklanıb. Daha sonra sifariş verilmiş yeni kartdan ona məxsus vəsait nağdlaşdırılıb. Aytən Səfərovaya təqdim edilən kart “Turan Bank”a məxsus olub. Klinikanın vəzifəli şəxsləri banka müraciət edərək Aytən Səfərovaya məxsus kartı bloklatdırıblar və onun adına yeni kart sifariş veriblər.

Əldə etdikləri yeni kart vasitəsilə Aytən Səfərovanın 11 min manatını klinikanın həyətindəki “Turan Bank”a məxsus ATM-dən 1000 manat olmaqla 11 dəfəyə nağdlaşdırıblar. Aytən Səfərova bundan xəbər tutduqdan sonra klinika ilə əlaqə saxlayıb. Tərəflər arasında məsələ ilə bağlı bir neçə dəfə danışıq aparılıb. Aytən Səfərova kompensasiya kimi dəymiş zərərin ödənilməsini tələb edib.

Seçilən
40
1
publika.az

2Mənbələr