AZ

Luka Modriç Real ın futbolçusuna Milan a keçməyi tövsiyə edib

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Xorvatiyalı futbolçu Luka Modriç İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Dani Sebalyosa İtaliyanın "Milan" klubuna keçməyi tövsiyə edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, ispaniyalı oyunçu komandasını dəyişdirmək niyyətindədir.

Sebalyos "Kral klubu"nda az forma şansı əldə etməsindən narazıdır. Baş məşqçi Xabi Alonso onu əsas heyət oyunçusu hesab etmir.

Qeyd edək ki, Luka Modriç yayda "Real"dan ayrılaraq "Milan"a keçib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
2
cebheinfo.az

3Mənbələr