Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Həkim Daniyel Lopes Rozetti bildirib ki, səhərlər orqanizm üçün protein, mürəkkəb karbohidratlar, lif və faydalı yağlar qəbul etmək vacibdir.
Redaktor.az xəbər verir ki, bu barədə o, "Infobae" nəşrinə danışıb.
Rozettinin sözlərinə görə, protein yumurta, süd məhsulları, pendir, yoqurt və ya paxlalılardan əldə oluna bilər. Hər kəsin seçimi fərdi ola bilər. Mürəkkəb karbohidratlar isə tam buğda çörəyi, yulaf və meyvələrdə mövcuddur.
Həkim həmçinin qeyd edib ki, faydalı yağlar qoz-fındıq, zeytun yağı və avokadoda mövcuddur. Həzm sisteminin düzgün işləməsi üçün vacib olan lif isə meyvələr və tam taxıllı məhsullardan alınır. Səhər yeməyini əlavə olaraq qəhvə və ya çayla tamamlaymaq olar, deyə mütəxəssis əlavə edib.
Belə balanslı səhər yeməyi enerji verir, həzm sistemini dəstəkləyir və gün ərzində daha yaxşı performans təmin edir.
Aytəkin TOFİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.