Yazını böyüt
Yazını kiçilt
Bu ilin noyabr ayı ərzində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 28 aptekdə yoxlama həyata keçirilib.
Hafta.az xəbər verir ki, bu barədə Mərkəzdən məlumat verilib.
Bildirilir ki, həmin yoxlamalardan 24-ü Bakıda, 4-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.
Aparılmış yoxlamalar nəticəsində 5 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb və həmin hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə 6 protokol tərtib edilib.