AZ

Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbatının artım tempi üzrə proqnozunu artırıb

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Beynəlxalq Enerji Agentliyi (IEA) 2025-2026-cı illər üçün ortalama gündəlik qlobal neft tələbatının artım tempi üzrə proqnozunu artırıb.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadə xəbər verir.

Hesabata əsasən, 2025-ci ildə gündəlik qlobal neft tələbatı 835 min barel artacaq, bu da öncəki proqnoz göstəriicisindən (788 min barel) 47 min barel çoxdur.

Bununla yanaşı, Agentlik 2026-cı il üçün də qeyd olunan göstərici üzrə proqnozunu 93 min barel artıraraq 863 min barelədək endirib.

Belə ki, Agentliyin məlumatına əsasən, 2025-ci ildə ortalama gündəlik qlobal neft tələbatı 103,923 mln. barel, 2026-cı ildə isə 104,785 mln. barel təşkil edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
apa.az

2Mənbələr