AZ

Şərurlu İsfəndiyar barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib

Bakı.Trend:

"Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar)barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəməprosesi davam etdirilib.

Trend xəbərverir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə ekspertNəzakət Qazıyeva ekspert rəyini yazılı şəkildə məhkəməyə təqdimedərək nəticə hissəsini elan edib.

Ekspert videodakı sözlərin kəskin neqativ qiymətləndirildiyinitəhqir deyil, tənqid kimi dəyərləndirilməli olduğunu bildirib.

Xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərovun vəkiliAsim Abbasov təqdim edilən rəyə etiraz edib.

Eyni zamanda, vəkil rəyin qərəzli olduğunu məhkəməyəbildirib:

“AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun hazırkı direktoru2021-ci ildə təyin olunub. Həmin dövr ərzində AMEA-nın prezidenti,Dilçilik İnstitutunun direktoru və təqsirləndirilən şəxs arasındaəlaqə olub. Vəkil buna etiraz edib və yazılı təqdimat üçün vaxtistəyib.

Vəkil Ülvi Nəsibli buna etiraz edib və etirazın prosesinuzadılmasına söykəndiyini məhkəməyə bildirib.

Hakim iddiaçı tərəfə etiraz üçün vaxt verilməsi barədə qərarqəbul edib.

Proses 15 dekabrda davam etdiriləcək.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittihamqaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə,İ. Axundov müsahibələrindən birində E. Səməndərovu dələduz kimitəqdim edib.

Məqalədə:
Seçilən
28
10
az.trend.az

2Mənbələr