AZ

Moskva Ukrayna üçün təhlükəsizlik zəmanətlərini ABŞ-a təqdim edib

Rusiya Ukraynadakı vəziyyətin həlli üçün kollektiv təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ-a əlavə təkliflər təqdim edib.

AzPost bildirir ki, bu barədə xarici işlər naziri Sergey Lavrov Ukraynadakı vəziyyətin həlli ilə bağlı səfirlər səviyyəsində keçirilən dəyirmi masada bildirib. Lavrovun sözlərinə görə, təkliflər artıq müzakirə olunan mövqeləri tamamlayır və davamlı və uzunmüddətli razılaşmalara nail olmağa yönəlib.

Avropanın mövqeyini tənqid edn Lavrov deyib ki, onlar artıq yeni münaqişənin “toxumlarını səpməyə çalışır.

Rusiyalı diplomat əlavə edib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri Rusiyaya qarşı başqa bir hücuma hazırlaşmaq üçün qurulub.

Bundan əlavə, eyni tədbirdə Sergey Lavrov qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin itkiləri bir milyonu keçib.

Vaşinqtonun Ukrayna münaqişəsinin həllindəki rolundan danışan Rusiya xarici işlər naziri ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin diplomatik yolla həllini səmimi qəlbdən istədiyini vurğulayıb. Diplomat aydınlaşdırıb ki, Amerika liderinin mövqeyi silahlı qarşıdurma deyil, danışıqlar yolu ilə həll yolları tapmaqda maraqlı olduğunu nümayiş etdirir.

AzPost.az

Seçilən
16
azpost.info

1Mənbələr