AZ

Ekspert məhkəmədə Şərurlu İsfəndiyar la bağlı növbəti rəyi açıqladı

Unikal.az saytına istinadən ain.az xəbər verir.

Böhtan və təhqir maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, iş adamı Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə iş adamı ilə ekspert çıxış edərək növbəti rəyi açıqlayıb.

Məhkəmədə ekspert Nəzakət Qaziyeva işlədilən bütün söz və ifadələrin ədəbi dilə uyğun olduğunu bildirib:

"Linqvistik ekspertizada təqdim edilmiş kəskin fikirlər tənqidi dəyərləndirilə bilər, təhqir səciyyəsi daşımır. Yəni sözügedən nitq emosional olsa da təhqir hesab edilmir".

Qarşı tərəfin vəkili Asim Abbasov rəyə münasibət bildirərək onun mötəbər sübut kimi qəbul olunmasına etiraz edib:

"Etirazımızın səbəbi odur ki,  dilçilik institutunun 2021-ci ildə təyin olunan hazırkı rəhbəri, AMEA-nın həmin vaxt rəhbəri olmuş şəxslə  və İsfəndiyar Axundov  arasında əlaqənin  mövcudluğuni ehtimal edərək bununla bağlı etiraz edirik".

Hakim Vüsal Tağıyev etirazın yazılı şəkildə məhkəməyə təqdim edilməsinə  etiraz etməyib.

Növbəti proses dekabrın 15-nə təyin edilib.

Qeyd edək ki, İsfəndiyar Axundov iş adamı Emin Səməndərovun ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün qarşı tərəfdən xüsüsi ittiham qaydasında şikayət edilib.Onun barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında məhkəməyə verilib.

Seymur Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
3
unikal.az

5Mənbələr