AZ

Avropa İttifaqı regionda davamlı sülhün bərqərar olmasında maraqlı deyil



Aİ missiyasının Ermənistan ərazisində fəaliyyətinin bundan sonra da davam etdirilməsi istiqamətində niyyət bəyanları birmənalı olaraq Vaşinqton razılaşmalarına müxalif qərardır.

Bunu Newscenter.az-a siyasi şərhçi Pərviz Mirizadə “Avropa İttifaqı və Ermənistan arasında imzalanan "Avropa İttifaqı - Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənədi şərh edərkən səsləndirib. O qeyd edib ki, onların məqsədi və bu vaxta qədər gördüyü işlər hər kəsə bəllidir:

“İndiki halda missiyanın varlığı və əhatə dairəsini genişləndirməsi sülhə təhdid məqamdır. Bütün bunlar onu deməyə əsas verir ki, Avropa İttifaqı verilən bəyanatların əksinə regionda davamlı sülhün bərqərar olmasında maraqlı deyil”.

Pərviz Mirizadə deyib ki, özünü ali dəyərlərin təəssübkeşi kimi göstərən Avropa İttifaqı heç zaman bizə qarşı ədalətli mövqe sərgiləməyib:

“Halbuki bütün beynəlxalq sənədlərdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi öz əksini tapmışdır. İndi də bölgədə sülhə təhdid yaradan yeganə mənbə məhz Ermənistanın revanşist dairələridir”.

Süleyman
Seçilən
43
1
newscenter.az

2Mənbələr