AZ

Yeni il tətilləri üçün otellərin qiymətləri açıqlanıb

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Regionlara və otellərin xidmət səviyyəsinə görə Yeni il paketlərinin qiymətləri dəyişir. 31 dekabr – 2 yanvar tarixlərini əhatə edən təkliflər artıq bəlli olub. Otellər adətən 2 gecə 3 günlük paketlər təqdim edir və qiymətlər əsasən 2 nəfər üçün nəzərdə tutulur.

Paketlərə qidalanma, əyləncə proqramı, gala gecəsi və müxtəlif əlavə xidmətlər daxildir.

Məşhur istirahət mərkəzlərinin Yeni il paketləri aşağıdakı kimidir:

Lankaran Springs (Lənkəran) – 2 gecə 3 gün, gündə 3 dəfə qidalanma və əlavə xidmətlərlə birlikdə, 2 nəfər üçün 1500 AZN.

Qafqaz Riverside (Qəbələ) – 2 gecə 3 gün, səhər–axşam qidalanma və digər xidmətlər, 1595 AZN.

Shamakhi Palace (Şamaxı) – 2 gecə 3 gün, gündə 3 dəfə qidalanma və xidmətlər, 1980 AZN.

Quba Palace (Quba) – 2 gecə 3 gün, 3 dəfə qidalanma və əlavə xidmətlər, 1900–2400 AZN.

Macara Lake Park (Quba) – 2 gecə 3 gün, gündə 3 dəfə qidalanma və xidmətlər, 1590–2150 AZN.

Marxal Resort & Spa (Şəki) – 2 gecə 3 gün, səhər–axşam yeməyi və digər xidmətlər, 840–1960 AZN.

Basqal Resort & Spa (İsmayıllı) – 2 gecə 3 gün, səhər–axşam yeməyi və xidmətlər, 1860–2000 AZN.

Gabala Garden Hotel (Qəbələ) – 2 gecə 3 gün, səhər yeməyi və bayram proqramı daxil olmaqla, 966 AZN.

Shabran Wellbeing Resort (Şabran) – 2 gecə 3 gün, səhər–axşam yeməyi, gala gecəsi və əyləncə proqramı ilə birlikdə, 1620 AZN-dən başlayan qiymətlərlə.

Fairmont Baku Flame Towers (Bakı) – fərqli kateqoriyalı otaqlar üçün lüks bayram paketləri; qiymətlər müştərinin seçiminə uyğun olaraq fərdi şəkildə müəyyən edilir.

Qubek Hotel (Balakən) – 4 gecə 5 gün, gündə 3 dəfə yemək və bayram proqramı ilə birlikdə, bir nəfər üçün təqribən 330 AZN.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
4
icma.az

5Mənbələr