AZ

6 aptekdə plandankənar yoxlama aparılıb - Rəsmi

Noyabrda Azərbaycanda 28 aptekdə yoxlamalar aparılıb, onlardan 24-ü Bakıda, qalanları isə ölkənin digər şəhər və rayonlarında yerləşir.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin məlumatına görə, yoxlamaların 22-si planlı, 6-sı plandankənar olub. Monitorinq zamanı beş aptekdə qanun pozuntuları müəyyən edilib və İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələrinə əsasən protokollar tərtib olunub.

Mərkəz qeyd edib ki, bu tədbirlər əczaçılıq şəbəkəsində standartların qorunması və vətəndaşların sağlamlığının təmin edilməsi məqsədini güdür.

Aytac 

Seçilən
9
anews.az

1Mənbələr