AZ

Tramp: “Üç avropalı liderlə sərt söhbətim oldu”

ain.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalsitlərlə söhbətində Böyük Britaniya, Almaniya və Fransa liderləri ilə Ukrayna üzrə apardığı müzakirənin “kifayət qədər sərt şəkildə” keçdiyini bildirib. “Baxaq görək nə olur. İrəli getməzdən əvvəl cavabları gözləyirik. “Avropa üçlüyü”nün liderləri ilə söhbətin sərt keçməsinə müzakirələr zamanı “insanlarla bağlı bir az mübahisələr” səbəb oldu”, - Amerika lideri deyib.

Axios: “ABŞ Kiyevə təzyiqi artırır”

Donald Tramp həmçinin Rusiya-Ukrayna müharibəsinin tez bir zamanda həll olunacağına əminliyini ifadə edib. - Mən bunun bitməsini istəyirəm. Biz bunu ayırd edəcəyik. Baxın, hazırda çox şeylər baş verir. Bir çox insanlar münaqişənin həllinin həmişəkindən daha yaxın olduğunu söyləyir. Birləşmiş Ştatlar heç vaxt başlamalı olmayan bu müharibəni kifayət qədər qısa müddətdə həll edəcək”, - Ağ Evin rəhbəri vurğulayıb. ABŞ prezidenti bir daha Ukraynada seçkilərin keçirilməsi məsələsinə toxunaraq, ukraynalıların böyük əksəriyyətinin sülh sazişinin imzalanmasına tərəfdar olduğunu iddia edib. “Mən özümə sual verirəm ki, onlar seçki keçirənə kimi hələ nə qədər vaxt ötəcək? Demokratiya? Amma uzun müddətdir ki, seçki keçirmirlər. Çoxlu sayda insanı itirirlər. Ukraynalıların 82%-i razılaşma tələb edir. Onlar saziş imzalanmasını istəyirlər. Mən bunu başa düşürəm. Onlar hər həftə minlərlə insanı itirirlər. Onlar bunun bitməsini istəyirlər”, - Amerika lideri bildirib. Xatırladaq ki, daha əvəvl mənbələrə istinad edən Amerikanın “Axios” portalı Ukrayna prezidenti Volodimir Zelenskinin Donald Trampın “sülh planı” çərçivəsində ərazi və digər güzəştlərə razı olması üçün ABŞ-nin artan təzyiqi ilə üzləşdiyini yazmışdı. Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
58
1
azvision.az

2Mənbələr