ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Zərdab rayonunda baş verən ağır yol qəzası faciə ilə nəticələnib. Kəndəbil kəndi ərazisində hərəkətdə olan "Toyota Prius" markalı avtomobil sürücünün idarəetməni itirməsi səbəbindən aşıb və yolkənarı ağaca çırpılıb.BAKU.WS-in məlumatına görə, qəzanı törədən Məftun Məmmədovun təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldığı görüntülər sosial şəbəkələrdə yayılıb.Məlumata əsasən, hadisə zamanı avtomobildə olan xanəndənin atası və 2 yaşlı övladı həlak olub.Xatırladaq ki, Məftun Məmmədov vaxtilə "Muğam müsabiqəsi"nin iştirakçılarından biri olub və yarışmada üçüncü yeri qazanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.