“Balanslı və tarazlı xarici siyasət reallıqdır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanın Baş nazir iNikol Paşinyan Hamburqda erməni jurnalistlərlə görüşündə bildirib. O, bu yaxınlarda səfər etdiyi ölkələri və paytaxtları sadalayıb: Moskva, Vaşinqton, Pekin, Tokio, İstanbul, Fransa, Almaniya, Qazaxıstan, Şarm əl-Şeyx, Əbu-Dabi, Danimarka və Gürcüstan.
“2021-ci il hökumət proqramında regionallaşma ilə bağlı xüsusi bölmə var. Bu il bütün qonşu ölkələrin liderləri ilə görüşlər keçirdim. Üstəlik, işgüzar və rəsmi səfərlər oldu. Bu il iki rəsmi nümayəndə heyətimiz artıq Azərbaycana yola düşüb.
Mən əminəm ki, Azərbaycan nümayəndə heyəti yaxın gələcəkdə Ermənistana səfər edəcək. Bu il qatar Ermənistan Respublikasına Azərbaycan vasitəsilə daxil olub. Mətbuatda neft məhsullarının idxalı məsələsinin də müzakirə olunduğunu oxudum. Yəni nəticədə uğur qazandığımız balanslaşdırılmış xarici siyasət var. Niyə bu uğurdan imtina etməliyik? Bunun üzərində dayanmalıyıq”.