AZ

Bilyard üzrə Azərbaycan çempionatının vaxtı açıqlanıb

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycan Bilyard Federasiyası (ABF) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında bilyardın “pool” növü üzrə ölkə çempionatı keçiriləcək.

ABF-dən AZƏRTAC-a verilən məlumata görə, kişi və qadınlar arasında təşkil olunacaq yarış dekabrın 13–15-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq.

Çempionatda ölkənin müxtəlif regionlarından güclü idmançıların iştirakı gözlənilir. Yarışlar beynəlxalq standartlara uyğun qaydalar əsasında keçiriləcək, qaliblər medal və diplomlarla təltif olunacaqlar.

Seçilən
30
4
azertag.az

5Mənbələr