AZ

BP Azərbaycanda yeni rəqəmsal nəzarət platforması tətbiq edib

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

BP Azərbaycanda boru kəmərlərinin təhlükəsizliyini artırmaq məqsədilə yeni rəqəmsal nəzarət platforması - "Abriox Remote Monitoring System" (RMS) tətbiq edib.

XQ xəbər verir ki, bunu "BP Exploration (Caspian Sea) Ltd"-nin korroziya və materiallar üzrə mühəndisi David Beşitadze Bakıda keçirilən "Asset Integrity, Corrosion and Coatings Conference 2025" tədbirində bildirib.

Onun sözlərinə görə, RMS sistemi boru kəmərlərindəki elektrik göstəricilərini və transformator -düzləndirici qurğuların fəaliyyətini real vaxtda izləməyə imkan yaradır və təhlükəsizlik baxımından ciddi üstünlüklər təmin edir: "RMS bizə boru kəmərlərindəki dəyişiklikləri anında görməyə və riskləri vaxtında aşkarlamağa imkan verir. Bu sistem sayəsində həm təhlükəsizlik güclənir, həm də operativ qərarvermə daha effektiv olur".

O əlavə edib ki, yeni monitorinq texnologiyası mühafizə göstəricilərinin daha dəqiq toplanmasına və anormal vəziyyətlərin dərhal müəyyən edilməsinə şərait yaradır: "Hazırda RMS sistemi BP-nin Azərbaycan ərazisindən keçən əsas boru kəmərlərində tətbiq olunur və şirkətin boru kəmərlərinin bütövlüyünün qorunması strategiyasında mühüm yer tutur".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
2
xalqqazeti.az

3Mənbələr