
Abşeronda bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 10 kV-luq Masazır ehtiyat xəttində 11 dekabr tarixində təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Xırdalan şəhəri Şıxəli Qurbanov, Kənd Xırdalan, Narlıq adlanan yaşayış ərazisi, Mazasır qəsəbəsi Sarı Aşıq və Qaçaq Nəbi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.