Respublika Pediatriya Mərkəzinin tabeliyində olan Uşaq Klinik Xəstəxanasının tərkibində Yenidoğulmuşların patologiyası və Yenidoğulmuşların reanimasiyası, Sabunçu Tibb Mərkəzində isə Üz-çənə cərrahiyyəsi şöbələri fəaliyyətə başlayıb.Metbuat.az xəbər verir ki, bunu Xəzər Tibb Mərkəzinə təşkil olunan mediaturda çıxışı zamanı TƏBİB-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamentinin rəhbəri Zamirə Ədilova deyib: “Qeyd edək ki, Klinik Tibbi Mərkəzdə və Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında oftalmoloji əməliyyatlar, Sabirabad, Qobustan, Astara rayon mərkəzi xəstəxanalarında və Pirallahı Tibb Mərkəzində Avastin inyeksiyası, Salyan Rayon Mərkəzi Xəstəxanasında uroloji əməliyyatlar, Qəbələ Rayon Mərkəzi Xəstəxanasında isə damar cərrahiyyəsi əməliyyatlarının icrasına başlanılıb.”Bunlarla yanaşı, Qəbələ Rayon Mərkəzi Xəstəxanasında Travmatoloji Mərkəz yaradılıb. Habelə Klinik Tibbi Mərkəz, Respublika Klinik Xəstəxanası və Sumqayıt Tibb Mərkəzində endoprotez, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında kataraktanın FAKO cihazı ilə korreksiyası və intraokulyar linzanın implantasiyası, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında isə beyin damarlarının angioqrafiyası əməliyyatlarının icrasına başlanılıb.