AZ

Paşinyan: Ermənistan Aİ və Aİİ arasında seçim edəcək, amma hələ yox

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin gələcək siyasi istiqaməti ilə bağlı açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, o bildirib ki, Ermənistanın eyni vaxtda həm Avropa İttifaqına (Aİ), həm də Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ola bilməyəcəyini yaxşı anlayırlar. Bununla belə, Paşinyana görə, hələlik qərar vermək üçün vaxt yetişməyib.

“Biz başa düşürük ki, Avrasiya İqtisadi İttifaqında və Avropa İttifaqında eyni vaxtda üzvlük mümkün deyil və qərar verməli olacağımız bir an gələcək. Amma bu gün o gün deyil. Bu qərarı indi verməyə ehtiyac yoxdur. Əgər ehtiyac yoxdursa, onda nə üçün qəbul etməliyik?” – deyə Paşinyan bildirib.

O vurğulayıb ki, bütün bu proseslər fonunda Ermənistan öz əsas strateji hədəfini — Avropa İttifaqına üzvlüyü — gündəmdə saxlayır.

Paşinyan həmçinin qeyd edib ki, səfərdə olduğu Almaniyadan birbaşa Moskvaya gedərək Aİİ Hökumətlərarası Şuranın iclasında iştirak edəcək:

“Biz Aİ ilə münasibətlərimizi dərinləşdiririk və buradan Moskvaya gedirəm. Uyğunsuzluq varmı? Aydındır ki, yox. Nə vaxt uyğunsuzluğun olduğunu görsək, onda hansı qərarı verəcəyimizi düşünəcəyik”.

Seçilən
31
nocomment.az

1Mənbələr