
Gəncənin Dəmir Yolu stansiyası yaxınlığında, xalq arasında “Azərbaycan küçəsi” kimi tanınan ərazidə yerləşən “Obamarket”lə bağlı şikayət daxil olub. İzləyici marketdən aldığı çörəyin ölçüsündən narazılıq edərək bildirib ki, məhsulun çəkisi və həcmi olduqca azdır. Şikayətçi yazır: “Mən bunun üçünü yeməliyəm ki, doyum. Amma qiyməti də 50 qəpikdir”. Hazırda sözügedən məsələ ilə bağlı yerli sakinlər arasında da narazılıq olduğu bildirilir. Ulusum.az xəbər verir ki, məsələ ilə ba=lı problem Space TV-də Səidə Bəkirqızının təqdimatında yayımlanan “Xəbərin izində” proqramında səsləndirilib.R.Daşdəmirova
Diqqət Çəkənlər
Aparıcı saxlanılıb
Gəncədə çörəyin ölçüsünə etiraz: 'Üçünü yeməliyəm ki, doyum'